525.Az

Bakı-Sumqayıt yolu qismən bağlanacaq


 

Bakı-Sumqayıt yolu qismən bağlanacaq<b style="color:red"></b>

Bu gün axşam Bakı-Sumqayıt yolu qismən bağlanacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Bakı-Sumqayıt yolunun 6-cı kilometrindən 11-ci kilometrinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sürücülərdən bunu nəzərə almaları tövsiyə olunur.

 





13.05.2014    çap et  çap et