525.Az

Superliqa klubu 11 gün əvvəl gətirdiyi baş məşqçini istefaya göndərdi


 

Superliqa klubu 11 gün əvvəl gətirdiyi baş məşqçini istefaya göndərdi<b style="color:red"></b>

“Altay” baş məşqçisi Mert Nobre ilə yollarını ayırıb.

525.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Nobre yanvarın 15-də İzmir klubunun baş məşqçisi vəzifəsinə təyin edilmişdi. O, bu müddətdə komandasını 3 çempionat oyununa çıxarıb. “Altay” bu oyunların hamısında məğlub olub.

Xatırladaq ki, Mert Nobre "Altay"da Mustafa Dənizlini əvəzləmişdi.

 





26.01.2022    çap et  çap et