525.Az

"Tələbələr lazımsız və faydasız fənlərlə əsassız olaraq yüklənirlər" - Ədalət Muradov


 

"Tələbələr lazımsız və faydasız fənlərlə əsassız olaraq yüklənirlər" -<b style="color:red"> Ədalət Muradov</b>

"Sovet dönəmində universitetlərdə tələbələrin kompetensiyaları önəm kəsb etmirdi və ona görə də onun formalaşdırılması və qiymətləndirilməsi də həyata keçirilmirdi. Ona görə də, məzunların aldıqları yekun sənəddə onların kompetensiya səviyyəsi haqqında heç bir məlumat verilmirdi. Kompetensiyalardan daha çox nəzəri biliklərə üstünlük verilirdi. Bu gün də nəzəri biliklər "öndədir".

Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib. Rektor qeyd edib ki, Sovet dönəmində ali təhsil belə qurulmuşdu ki, demək olar ki, ilk iki il gələcək Sovet mütəxəssislərinin "ideoloji hazırlığına" həsr edilir və bu məqsədlə ixtisas üzrə hazırlığa demək olar ki, aidiyyəti olmayan müxtəlif fənlər tədris edilirdi. Nəticədə ixtisas fənlərinə az vaxt ayrılır və ixtisas fənlərin tədrisinə gec, yəni ikinci kursdan sonra başlanılırdı. "İdeoloji hazırlıq" hazırda tələb olunmasa da, həmin yanaşma bu gün də tətbiq edilir və nəticədə tələbələr ixtisas baxımından lazımsız, faydasız fənlərlə əsassız olaraq yüklənirlər.
 

 





27.01.2022    çap et  çap et