525.Az

1600-dən çox şəhid ailəsi üzvü və qazi marafon çərçivəsində işlə təmin olunub


 

1600-dən çox şəhid ailəsi üzvü və qazi marafon çərçivəsində işlə təmin olunub<b style="color:red"></b>

Bu gün korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edərək həssas qruplara dəstək proqramlarının icrasına töhfəsini verən sosial tərəfdaşların mükafatlandırılması mərasimi keçirilib.

525.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, həssas əhali qruplarına yönələn irihəcmli sosial layihələrdə dövlət qurumları ilə yanaşı, özəl sektoru təmsil edən şirkətlər də iştirak edir.

Nazir “Məşğulluq marafonu”nun da korporativ sosial məsuliyyətin bir nümunəsi olduğunu, işəgötürənlərin şəhid ailəsi üzvləri və qazilərin məşğulluğunun təminatına xidmət edən bu marafonda yaxından iştirak etdiklərini deyib. Onun sözlərinə görə, marafona artıq 610 işəgötürən qoşularaq 4030 vakansiya təqdim edib və həmin vakansiyalar üzrə 1600-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Tədbirdə məşğulluq layihələrində fəal iştirakı ilə seçilən sosial tərəfdaşlara şəhid ailələri üzvlərinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, gənclərin, qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaşlar, həmçinin “Məşğulluq" altsisteminə ən çox vakansiya yerləşdirən, “Məşğulluq" altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan, ən aktiv özəl sosial tərəfdaşlar nominasiyaları üzrə mükafatlar təqdim edilib.

 





27.01.2022    çap et  çap et