525.Az

“Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı ərəb dilində nəşr olunub


 

“Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı  ərəb dilində nəşr olunub<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondutərəfindən Türk Dünyasının zəngin mədəniirsinin beynəlxalq aləmdə təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirməkdədir. Bu layihələrdən biri “Azərbaycan qadın şairlərininpoeziya antologiyası”nın hazırlanması, Azərbaycanın görkəmli şairələrin şeirlərininmüxtəlif dillərə tərcümə edilməsi və çap olunmasıdır. Azərbaycan, ingilis, alman və italyan dillərində nəşr edilən “Azərbaycan qadınşairlərinin poeziya antologiyası” kitabı ərəb dilində də işıq üzü görüb. 

525az xəbər verir ki, nəşr ərəb auditoriyasını şairələrin mənəvi dünyası iləyanaşı, qadınların cəmiyyətdəki mövqeyi və onların ədəbiyyatdakı rolu, eləcə də Azərbaycanın çoxəsrlik mədəni dəyərləri ilə tanış edir. 

Kitab Beynəlxalq Türk Mədəniyyəti və İrsiFondunun prezidenti Günay Əfəndiyevanın “Mənəvi Ucalıq” ön sözü ilə açılır. AntologiyanıAzərbaycan dilindən ərəb dilinə tərcümə edən Misirin Ain Şams Universitetinin professoruƏhməd Sami Elaydidir. İllisturasiyaların müəllifigənc rəssam Məryəm Əsədovadır. 

Kitabda 800 il ərzində əsərləri ilə dünya ədəbiirsinə təkrarsız nümunələr bəxş edənAzərbaycanın qadın şairələrinin şeirləri, eləcədə onların həyat və yaradıcılığı barədəməlumatlar öz əksini tapır. Təqdim edilənantologiyada Məhsəti Gəncəvi, Ağabəyim ağaAğabacı, Xurşidbanu Natəvan, Ümmügülsüm,Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə Gülgünvə digər qadın söz sənətkarlarının xüsusi ustalıqvə bədii-estetik zövqlə yaratdıqları əsərləri yeralır.

 





27.01.2022    çap et  çap et