525.Az

Stanislav Zas Tacikistan və Qırğızıstanı atəşi dərhal dayandırmağa çağırıb


 

Stanislav Zas Tacikistan və Qırğızıstanı atəşi dərhal dayandırmağa çağırıb<b style="color:red"></b>

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Tacikistan və Qırğızıstanı ölkələr arasındakı sərhəddə dərhal atəşi dayandırmağa çağırıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, baş katib bildirib ki, KTMT münaqişənin sülh yolu ilə həlli üçün Tacikistan və Qırğızıstana yardım göstərməyə hazırdır: 

"Sərhəddə yenidən toqquşmaların baş verməsi, yaralıların olması ciddi narahatlıq doğurur. Tacikistan-Qırğızıstan sərhədində silahlı qarşıdurma dərhal dayandırılmalıdır. Münaqişə müstəsna olaraq danışıqlar masası arxasında sülh yolu ilə həll edilməlidir. Eyni zamanda KTMT Qırğızıstan və Tacikistana münaqişənin həllində lazımi yardım göstərməyə hazırdır”. 

Xatırladaq ki, Qırğızıstan və Tacikistan arasında insident Batken-İsfana avtomobil yolunun hissələrinin birində başlayıb. Qırğızıstan tərəfinin bildirib ki, hadisə Tacikistan tərəfinin Qırğızıstan sərhədçilərinə qarşı silahdan istifadə etməsi səbəbindən daha da gərginləşib. 

 





27.01.2022    çap et  çap et