525.Az

“Tacikistan sərhədə ağır texnika və canlı qüvvə yığır”


 

“Tacikistan sərhədə ağır texnika və canlı qüvvə yığır”<b style="color:red"></b>

“Tacikistan tərəfi hazırda Qırğızıstanla sərhəddəki münaqişə zonasına ağır texnika və canlı qüvvə yığır”.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilib. Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin direktoru, general-mayor Ularbek Şarşeyev bildirib ki, atəşi dayandırmayan Tacikistan tərəfidir, üstəlik, ağır hərbi texnika və şəxsi heyəti sərhədə çəkməkdə davam edir: “Tacikistan tərəfi Qırğızıstan hərbçilərinin mövqelərini vaxtaşırı atəşə tutmağa davam edir. Əki-Taş, Qum-Bazar, Çir-Dobo ərazilərində yanğınlar davam edir”.

Həmçinin, bildirilib ki, Qırğızıstan Daxili Qoşunlarının hərbi qulluqçularının yerləşdiyi ərazi, eləcə də Koço-Boyu bölgə tacik hərbçiləri tərəfindən minaatanlardan atəşə tutulub, nəticədə Qırğızıstan vətəndaşının evi yanıb.

 





27.01.2022    çap et  çap et