525.Az

İran dövlət televiziyasına haker hücumu olub


 

İran dövlət televiziyasına haker hücumu olub<b style="color:red"></b>

İran dövlət televiziyasına haker hücumu olub.

525.az APA-ya istinadən xəbər verir ki, haker hücumu dövlət televiziyasının 1-ci kanalında yaşanıb.

Reklam yayımı zamanı 10 saniyə müddətinə İran Xalq Mücahidləri Təşkilatının liderlərindən Məsud Rəcəvi və həyat yoldaşı Məryəm Rəcəvinin şəkilləri nümayiş edilib və “Salam olsun Rəcəviyə” sözləri yazılıb. Oxşar hadisə Quran, Cavan və Pəyam kanallarında da baş verib.

İran dövlət televiziyasının texniki məsələlər üzrə sədr müavini Əli Dadi hazırda məsələnin araşdırıldığını deyib.

 





27.01.2022    çap et  çap et