525.Az

"Müasir Audiovizual Baxış" Mükafatı təqdim olunub


 

"Müasir Audiovizual Baxış" Mükafatı təqdim olunub<b style="color:red"></b>

Yanvarın 26-da "Cinema Plus" Kinoteatrlar Şəbəkəsinin "Gənclik Mall"da yerləşən kinoteatrında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və "AVTO FM 107.7"nin dəstəyi ilə hər həftənin şənbə və bazar günləri yayımlanan "Cinema Radio" Kino-Radio Kanalının III Ənənəvi "Müasir Audiovizual Baxış" Mükafatının təqdimetmə mərasimi keçirilib.

525.az xəbər verir ki, "Azman Holdinq"in dəstəyi ilə baş tutan mərasimi açıq elan edən tədbirin aparıcısı, tanınmış aktyor Emin Nəsirli Kino-Radio Kanalı və onun mükafatı haqqında məlumat verib. Mərasimdə çıxış edənlər Mədəniyyət Nazirliyi, audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev, "PMG Group" Şirkətinin rəhbəri Cavid Nemətzadə, Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Cinema Radio Kino Radio Kanalının əhəmiyyətindən danışıblar. "Cinema Radio" Kino-Radio Kanalının rəhbəri, “AzerNyuMedia” Şirkətinin icraçı direktoru Kamran Qasımov və Kino Radio Kanalın aparıcısı RJ Yaqut builki mükafatın sahibini elan ediblər. Mükafat 2021-ci ilin audiovizual yekunlarına əsasən aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim edilib. Mərasimdə Respublikanın Əməkdar artisti Xəyyam Mustafazadə "Nizami" və "Odlar yurdu" filmlərindən canlı "soundtrack"lər ifa edib. 

 





28.01.2022    çap et  çap et