525.Az

Elman Rüstəmov inflyasiyanın builki səviyyəsini açıqlayıb


 

Elman Rüstəmov inflyasiyanın builki səviyyəsini açıqlayıb<b style="color:red"></b>

Bu il inflyasiya hədəf diapozonunun yuxarı həddində olacaq.

525.az xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Sədr bildirib ki, bu inflyasiyanın 6,6-7,5% dəhlizində formalaşacağı gözlənilir.

Onun sözlərinə görə, 2023-cü ildə inflyasiya hədəf diapozonunun mərkəzinə qayıdacaq.

Qeyd edək ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib. Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub. Bundan əlavə, bu ilin yanvarın 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 34,647 mlrd. manat təşkil edib ki, bu da yeni tarixi maksimumdur.

Xatırladaq ki, AMB-nin 2022-ci ildə də monetar siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaq.

 





28.01.2022    çap et  çap et