525.Az

Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılması üçün iş aparılır


 

Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılması üçün iş aparılır<b style="color:red"></b>

İşğaldan azad edilmiş ərazilərin qazlaşması sahəsində hazırkı mərhələdə yalnız layihələndirmə işləri aparılır.

525.az xəbər verir ki, bunu “Azəriqaz”ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ilk növbədə Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılmasından söhbət gedir.

“Layihələndirmə işləri başa çatdıqdan və maliyyələşmə məsələsi həll olunduqdan sonra qazlaşdırma aparılacaq”, - T. Cəfərov qeyd edib.


 

 





28.01.2022    çap et  çap et