525.Az

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşacaq


 

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşacaq<b style="color:red"></b>

BMT Təhlükəsizlik Şurası yanvarın 31-də Ukraynakı vəziyyətlə bağlı iclas keçirəcək.

525.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasında sədrlik edən Norveçin BMT-dəki daimi nümayəndəsi məlumat verib.

“İclas bazar ertəsi saat 10:00-da (red-Bakı vaxtı ilə 11:00) keçiriləcək”, - deyə açıqlamada deyilir.

İclasın ABŞ tərəfinin təklifi ilə keçiriləcəyi və Rusiya-Ukrayna sərhədində yaranmış vəziyyətə həsr olunacağı vurğulanıb.

 





28.01.2022    çap et  çap et