525.Az

Türkiyə şirkəti ötən il Azərbaycana təqribən 1 milyon dollar dəyərində silah-sursat satıb


 

Türkiyə şirkəti ötən il Azərbaycana təqribən 1 milyon dollar dəyərində silah-sursat satıb<b style="color:red"></b>

Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatı (MKE) 2013-cü ildə Azərbaycana 2 004 774 lirə (966 526.33 ABŞ dolları) dəyərində ixracat həyata keçirib.

Bu barədə APA-ya MKE şirkətindən məlumat verilib.
 
Azərbaycan MKE-nin məhsul ixrac etdiyi ölkələr siyahısında ixrac həcminə görə 6-cı ölkə olub.
 
Şirkət 2012-ci ildə Azərbaycana 292 332 dollar dəyərində ixracat gerçəkləşdirib.
 
MKE-nin Azərbaycana ixracatını snayper tüfəngləri, müxtəlif atıcı silahlar, mühəndis vasitələri, həmçinin müdafiə sənayesində istifadə olunan müxtəlif məhsullar təşkil edib.

 





13.05.2014    çap et  çap et