525.Az

“Dini etiqad azadlığı haqqında” dəyişiklər hansı zərurətdən irəli gəlir?


 

“Dini etiqad azadlığı haqqında”  dəyişiklər hansı zərurətdən irəli gəlir?<b style="color:red"></b>

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasında qanunda dəyişiklərin edilməsində əsas məqsəd dini fəaliyyət sahəsində qanunvericilik bazasının təkmilləşdiriməsi və sistemləşdirilməsi məqsədi daşıyır.

Qanuna əsas dəyişikliklərin biri qeydiyyatla bağlıdır. Əvvəlki dövrlərdə sənədlər dini mərkəzlərə təqdim edilir, sonra isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) təqdim olunurdu. Dəyişikliklərə əsasən sənədlər birbaşa müvafiq icra hakimiyyətinə təqdim ediləcək. Əvvəlki dövrlərdə sənədlərin dini mərkəzə sonra DQDK-a təqdim olunması bir sıra hallarda prosesin obyektiv və subyektiv səbəblərdən uzanmasına gətirib çıxarırdı. Dəyişiklik qeydiyyat prosesinin sürətlənməsinə şərait yaradacaq.

Digər mühüm dəyişiklik

Digər mühüm bir dəyişiklik ianələrlə bağlıdır. Dəyişikliklər ianələrin həm nəğd həm də elektron qaydada qəbulunu nəzərdə tutur. Hesab edirəm bu dəyişiklik də bu sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına öz ciddi töhfəsini verəcək. Cəmiyyətdə zaman-zaman nəzir qutularına verilən ianələrin taleyi ilə bağlı zaman-zaman müxtəlif müzakirələr gedirdi. Hazırda Yaşat Fondunun nümunəsi var. Hesab edirəm belə bir sistem quraraq vəsaitin şəffaflığını tam təmin edə bilərik.

Millət vəkili Ceyhum Məmmədov

 





28.01.2022    çap et  çap et