525.Az

“Süd Yolu”nda minlərlə sirli “ip” tapılıb - Foto


 

“Süd Yolu”nda minlərlə sirli “ip” tapılıb - <b style="color:red">Foto</b>

Amerikanın Şimal-Qərb Universitetinin astronomları Süd Yolunun mərkəzində 150 ​​işıq ili məsafəsində uzanan minə yaxın sirli “ipli struktur” müəyyən ediblər.

525.az xəbər verir ki, kəşf haqqında “arXiv” preprint repozitoriyasında dərc olunan məqalədə bildirilir.

“İp”lər ilk dəfə 1980-ci illərin əvvəllərində qalaktikanın radio dalğaları üzərində müşahidələr zamanı aşkar edilib. Lakin alimlər onların mənşəyini müəyyən edə bilməyiblər.

Yeni müşahidələrdə əvvəllər tapılanlardan 10 dəfə daha çox “ip” aşkar edilib.

Alimlər strukturların “Süd Yolu”nun mərkəzi superkütləvi “qara dəliy”inin keçmiş fəaliyyəti ilə bağlı ola biləcəyini düşünürlər.

Bununla belə, “ip”lərin başqa bir qəribəliyi, onların bir-birindən eyni məsafədə - təxmini hesabla Günəşdən Yerə olan məsafəyə bərabər olmasıdır.

Firuzə Əliyeva

 





29.01.2022    çap et  çap et