525.Az

“Araz Vadisi İqtisadi Zonası”nın ərazisi minalardan tam təmizlənib


 

“Araz Vadisi İqtisadi Zonası”nın ərazisi minalardan tam təmizlənib<b style="color:red"></b>

Cəbrayıl rayonunda yerləşən və 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib.

Bu barədə 525.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, artıq Sənaye Parkının konseptual planı (Baş plan) hazırdır və yaxın günlərdə Parkın 1,5 hektarlıq hissəsində mobilizasiya şəhərciyinin salınması işlərinə başlanılması nəzərdə tutulur. Hazırda mobilizasiya şəhərciyi yerləşəcək ərazinin hamarlanması və kipləşdirilməsi işləri davam etdirilir.

 





29.01.2022    çap et  çap et