525.Az

Tokayev iki dəfədən artıq prezident olmayacağını açıqlayıb


 

Tokayev iki dəfədən artıq prezident olmayacağını açıqlayıb<b style="color:red"></b>

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, o, iki dəfədən artıq dövlət başçısı olmağı planlaşdırmadığını açıqlayıb.

525.az xəbər verir ki, bu barədə Tokayev "Xəbər-24" telekanalına müsahibəsində bildirib.

Prezident qeyd edib ki, bunun üçün ölkə konstitutsiyasına dəyişiklik edilməyəcək.

Respublikanın əsas qanununa görə, Qazaxıstanda prezident beş il müddətinə seçilir, eyni şəxs ardıcıl iki dəfədən artıq dövlət başçısı ola bilməz.

Tokayev 19 mart 2019-cu il tarixindən etibarən Qazaxıstan prezidenti vəzifəsini icra edir.

 





29.01.2022    çap et  çap et