525.Az

Kəlbəcərdə itkin düşən hərbçinin axtarışı davam edir - Video


 

Kəlbəcərdə itkin düşən hərbçinin axtarışı davam edir - <b style="color:red">Video</b>

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında tapılan digər üç hərbçimiz isə artıq helikopterlə təxliyə edilərək Bakı şəhərində yerləşən hərbi hospitala yerləşdirilib.

 





31.01.2022    çap et  çap et