525.Az

Gürcüstanda iki Azərbaycan vətəndaşı itkin düşüb, biri tapılıb


 

Gürcüstanda iki Azərbaycan vətəndaşı itkin düşüb, biri tapılıb<b style="color:red"></b>

Ötən il Gürcüstanda 163 nəfər itkin düşüb, onlardan 112-si tapılıb, 51-nin axtarışları davam etdirilir.

525.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) hesabatında qeyd olunub.

Bildirilib ki, itkin düşənlərdən 2-si Azərbaycan, 2-si isə Moldova vətəndaşları olub.

İtkin düşən Azərbaycan vətəndaşlarından biri tapılıb, digərinin axtarışlarının isə davam etdirildiyi bildirilib.

 





31.01.2022    çap et  çap et