525.Az

Kamal Abdulladan Şəhriyar Məmmədyarova təbrik


 

Kamal Abdulladan Şəhriyar Məmmədyarova təbrik    <b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla tanınmış şahmatçımız, qrossmeyster Şəhriyar Məmmədyarovu "Tata Steel Masters" şahmat turnirində göstərdiyi yüksək səviyyəli oyun münasibəti ilə təbrik edib.

525.az xəbər verir ki, qrossmeysterimizin böyük nüfuza malik yarışmada qazandığı ikinci yerin əhəmiyyəti yüksək qiymətləndirilən təbrikdə bu cümlələr yer alıb:

"Əzizim Şəhriyar!

Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Masters" şahmat turnirində göstərdiyin yüksək səviyyəli oyun münasibəti ilə səni ürəkdən təbrik edir, daha böyük uğurlar arzulayıram. Böyük nüfuza malik olan bu turnirdə yüksək peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək ikinci yerin qalibi olmağın diqqətəlayiq uğurdur. Oyunlar zamanı göstərdiyin ustalıq şahmat tariximizdə daha bir parlaq səhifənin açılması deməkdir. Bununla sən Azərbaycanın şahmat məktəbini bir daha dünyanın diqqət mərkəzinə çevirdin. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədən sonra Azərbaycan həqiqətlərinin, o cümlədən, müxtəlif istiqamətlərdə olan uğurlarımızın dünyada təbliğinə böyük ehtiyac yaranıb. Sənin dünya intellektualları, tanınmış qrossmeysterlər qarşısında göstərdiyin bu yüksək peşəkarlıq ölkəmizin dünyada təbliği baxımından son dərəcə böyük əhəmiyyətə malikdir.

Azərbaycançılıq, Azərbaycan idmanı naminə gələcək fəaliyyətində sənə yeni-yeni nailiyyətlər və könül xoşluğu arzu edirəm. Böyük sevgi hissi ilə inanıram ki, uğurlarının davamı ilə bizə daha möhtəşəm duyğular yaşadacaqsan. Səninlə fəxr edirik!"

 





01.02.2022    çap et  çap et