525.Az

Türkiyədə üç günlük matəm elan olunub


 

Türkiyədə üç günlük matəm elan olunub<b style="color:red"></b> Türkiyədə kömür mədənində baş vermiş faciə ilə əlaqədar 3 günlük matəm elan edilib.
 
APA-nın xəbərinə görə, Türkiyə hökuməti Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində çoxlu sayda işçinin ölümü ilə əlaqədar 13 may tarixindən etibarən ölkədə 3 günlük matəm elan olunduğunu açıqlayıb. Matəmlə əlaqədar Türkiyədə və ölkənin xaricdəki nümayəndəliklərində bayraqlar yarıya qədər endirilib.
 
Qeyd edək ki, Soma kömür mədənində baş vermiş qəzada ölənlərin sayı 205-ə çatıb.
 





14.05.2014    çap et  çap et