525.Az

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ parlamentdə and içib


 

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ parlamentdə and içib<b style="color:red"></b>

Türkiyənin ədliyyə naziri postunda Əbdülhəmit Gülü əvəz edən Bəkir Bozdağ Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib.

525.az xəbər verir ki, TBMM-də Prezident Rəcəb Tayyib Ərdoğanın Bəkir Bozdağın təyinatına dair sərəncamı səsləndirilib.

Daha sonra Bozdağ and içməsi üçün kürsüyə dəvət edilib. O, kürsüyə çıxaraq and içib.

Bozdağın and içməsindən sonra AK Partiyanın parlamentdəki deputatlarının sayı 285-ə enib.

 





01.02.2022    çap et  çap et