525.Az

ABŞ Türkiyə-Ermənistan dialoqunda rol oynamağa hazırdır


 

ABŞ Türkiyə-Ermənistan dialoqunda rol oynamağa hazırdır<b style="color:red"></b>

“ABŞ Türkiyə-Ermənistan arasında barışığın təbliğində də rol oynamağa hazırdır. Biz hər iki ölkənin diplomatiya və dialoq qurmasını alqışlayırıq”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda çıxışı zamanı deyib.

O, Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin yanvarda keçirilən birinci görüşündən mütəəssir olduqlarını vurğulayıb.

“Türkiyə-Ermənistan dialoqu regional sabitliyi artırmaq və region üçün daha firavan gələcək yaratmaq potensialına malikdir”, - Donfrid qeyd edib.

 





01.02.2022    çap et  çap et