525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 14-17, gündüz 24-29 dərəcə isti olacaq.

Rayonlarda mayın 15-də havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi cənub və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

 





14.05.2014    çap et  çap et