525.Az

Gəncliyim, bayramın mübarək!.. - Maya İmran yazır


 

Gəncliyim, bayramın mübarək!.. -<b style="color:red"> Maya İmran yazır</b>

Gəncliyini qələbə sevincinə fəda etmiş, torpaq üçün torpağa qarışmış gəncliyim, günün mübarək!

Bayramın mübarək, gəncliyinin son gününü Qarabağda yaşayan 2907 nəfər gəncim..

Bayramın mübarək, “Qaraheybət”də qaraya bürünən 14 gəncim...

Gənclik cəsarəti ilə bir xalqa qalibiyyət daddıran, qorxmaz, cəsur gəncliyim, bayramın mübarək!

Qoy gəncliyim “ərəbə yem olan”dan deyil, şəhidin yarı, şəhidin bacısı adını ləyaqətlə daşıyan gənclikdən nümunə götürsün! Qoy gənclik cəsarətini arvadının qatili olub, övladlarını yetim qoyandan deyil, hələ doğulmamış körpəsinə qalib ölkə bağışlamış atadan alsın!

Qoy küçələrdə “yıxılıb qalmış”lar yox, səngərdə, qar üstündə keşik çəkənlərimiz sayılsın gəncliyimizin rəmzi!

Qoy gəncliyimiz dastana dönsün, tarixə çevrilsin!..

Qoy evinə bayraqla dönənlər, bayraq üçün vuruşub, bayraq üçün ölənlər, şəkillərdən gülümsəyən, bizi səmadan izləyən gənclik eşqinə nümunəvi olsun gəncliyimiz!..

Mənim əbədiyyətə qovuşub həmişə gənc qalacaq GƏNCLİYİM, BAYRAMIN MÜBARƏK!

 





02.02.2022    çap et  çap et