525.Az

Azərbaycan və Macarıstan XİN rəhbərləri memorandum imzalayıb


 

Azərbaycan və Macarıstan XİN rəhbərləri memorandum imzalayıb<b style="color:red"></b>

Azərbaycan və Macarıstan milli kitabxanaları arasında əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva "Twitter"də bildirib.

Anlaşma memorandumunu Azərbaycan tərəfdən xarici işlər naziri Ceyhun Bayramov, Macarıstan tərəfindən isə bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb.

 





03.02.2022    çap et  çap et