525.Az

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Bakıda görüşlər keçirəcək


 

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Bakıda görüşlər keçirəcək<b style="color:red"></b>

“Sabah Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 8-ci iclasına həmsədrlik edəcəyəm. Həmçinin nazirlərlə bir neçə ikitərəfli görüşlərim olacaq”.

525.az xəbər verir ki, bu barədə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson "Twitter"də yazıb.

Simson daha sonra əlavə edib: “Aİ və Azərbaycan arasında strateji enerji tərəfdaşlığını bir daha təsdiqləmək üçün zamanında olan bir fürsətdir”.

 





03.02.2022    çap et  çap et