525.Az

Dünya şöhrətli alim Lütfi Zadənin doğum günüdür - Video


 

Dünya şöhrətli alim Lütfi Zadənin doğum günüdür - <b style="color:red">Video</b>

Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Berkli Koliforniya Universitetinin professoru Lütfi Zadənin doğum günüdür. 

525.az xəbər verir ki, 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalırlar. 1921-ci ilin fevralın 4-də Bakıda dünyaya göz açan Lüfti Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurub. Burada orta təhsilini bitirən Lütfi Zadə Tehran universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil olur. Bu təhsil ocağını da müvəffəqiyyətlə başa vurduqdan sonra 23 yaşında ABŞ-a gələrək təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirir. Onun dünya elminə məlum olan 6 mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulub. 1944-cü ildən 1959-cu ilədək sözügedən təhsil müəssisəsində və Kolumbiya Universitetlərində magistr və doktorluq dərəcələrini alır.

“525-ci Kanal” bəşəriyyətin  böyük ixtiraçısı, dahi azərbaycanlı alim, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, AMEA-nın fəxri üzvü Lütfi Rəhim oğlu Ələsgərzadə haqqında videomaterialı təqdim edir:

 

Nigar Abbasova

 





04.02.2022    çap et  çap et