525.Az

QHT Şurasının üzvləri xarici səfərdə olublar


 

QHT Şurasının üzvləri xarici səfərdə olublar<b style="color:red"></b>

Mayın 9-da Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzv əməkdaşlarından ibarət nümayəndə heyəti xarici QHT-lər üçün qrant proqramına uyğun olaraq həyata keçirdiyi səfər çərçivəsində Almaniya Danimarkada görüşlərini davam etdirib.

Almaniyanın Flensburq şəhərinin meri xanım Svetlana Kratsçmar Azərbaycan vətəndaş cəmiyyətini təmsil edən nümayəndə heyəti ilə görüşdən məmnunluğunu bildirərək yerli özünüidarətmə orqanlarının işi, qərarların qəbulunda vətəndaş iştirakçılığı, eləcə vətəndaşları təmsil edən müxtəlif növ təsisatların yaradılması, onlara sosial sifarişlərin verilməsi qaydaları barədə qonaqlara məlumat verib. Xanım Kratsçmar Flensburqda əksəriyyətini alman danimarkalıların təşkil etdiyi 80-dən artır xalqın nümayəndələrinin yaşadığını qeyd edib.

Şuranın icraçı direktoru Fərasət Qurbanov səfərin məqsədi ölkəmiz haqqında danışaraq Azərbaycanın iqtisadi inkişafı, yerləşdiyi regionun lider dövləti olması, vətəndaş cəmiyyətinin inkişafı sahəsində görülən işlər, Şura onun xarici QHT-lər üçün qrant proqramı haqqında geniş məlumat verib.

Nümayəndə heyəti Danimarkanın Sondeborq şəhərində Avropa gününə həsr olunmuş toplantıda da iştirak edib. Tədbirdə Avropanın müxtəlif ölkələrinin milli azlıqlarını təmsil edən nümayəndələr QHT nümayəndələri iştirak edib. Konfrans iştirakçılarına müxtəlif xalqların birgəyaşayış konfliktlərin idarə olunması modelləri təqdim edilib. Şuranın nümayəndə heyəti "Avropa günü" konfransının təşkilatçısı olan FUEN-nin rəhbərliyi ilə keçirilən görüşdə Avropalı həmkarlarına ölkəmizdə birgəyaşayış modeli, tolerantlıq ənənələri, multikultralizm, milli azlıqlarla bağlı həyata keçirilən dövlət siyasəti Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında ətraflı məlumat verib.

10 may 2014- ildə Azlıqların Hüquqları üzrə Avropa Mərkəzində görüş keçirilib. Təşkilatın rəhbəri xanım Maloy Şuranın nümayəndə heyətini Azlıqların Hüquqları üzrə Avropa Mərkəzinin fəaliyyəti ilə tanış edib.

Daha sonra səfərin yekunlarına həsr olunmuş müzakirə keçirilib. Nümayəndə heyətinin üzvləri Fərasət Qurbanov, Sahib Məmmədov, Əliməmməd Nuriyev Rəna Mirzəzadə Danimarka Almaniyanın vətəndaş cəmiyyəti qurumlarında, parlamentində Xarici İşlər nazirliklərində keçirilən görüşlər onların əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində keçirilən bütün görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin mövcud inkişaf səviyyəsi, dövlətimizin vətəndaş cəmiyyətinə verdiyi dəstək multikulturalizm ənənələri haqqında Almaniya Danimarka ictimaiyyətinə verilən məlumatlar maraqla qarşılanıb.

AQİL

 





14.05.2014    çap et  çap et