525.Az

Dövlət Vergi Xidməti sahibkarlarla görüşəcək


 

Dövlət Vergi Xidməti sahibkarlarla görüşəcək<b style="color:red"></b>

Dövlət Vergi Xidməti (DVX) müxtəlif kateqoriyalara aid vergi ödəyiciləri ucun fevralın 8-i tarixində onlayn formatda görüş təşkil edəcək.

DVX-dən 525.az-a verilən məlumata görə, görüşdə Vergi Məcəlləsində edilən dəyişikliklərlə bağlı müzakirələr aparılacaq, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq və müvafiq izahlar veriləcək.

Zoom platforması üzərindən təşkil olunacaq görüşdə 100-dək vergi ödəyicisinin iştirakı gözlənilir.

Vergi ödəyiciləri görüşdə iştirak etmək üçün qeyd olunan tarixdə saat 14:30-dək qeydiyyatdan keçə bilərlər. Qeydiyyat həmçinin "Telegram" üzərindən də mümkündür.

 





04.02.2022    çap et  çap et