525.Az

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi beynəlxalq tədbirə qatılıb


 

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi beynəlxalq tədbirə qatılıb<b style="color:red"></b>

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi beynəlxalq tədbirdə iştirak edib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Kanadanın Kvebek şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Tədbirdə Assosiasiyanın rəhbər orqanların, o cümlədən təşkilatın prezidentinin, baş katibinin baş müşavirinin hesabatları dinlənilib. Assosiasiyanın Prezidenti Gerhard Yaroş Baş müşaviri Elizabet Hou çıxış edərək cari ilin yanvar aprel aylarında ölkəmizdə səfərdə olduqlarını Assosiasiya ilə Azərbaycan Respublikası arasında münasibətlərin kifayət qədər işgüzar səviyyədə qurulmasını xüsusi vurğulamaqla Azərbaycanda prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi istiqamətində görülən işləri, o cümlədən müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yeni inzibati binasında yaradılmış yüksək şəraitini idarənin "Qaynar xətt" əlaqə mərkəzinin müsbət fəaliyyətini, məhkəmə infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində yeni məhkəmə komplekslərinin istifadəyə verilməsini, həmçinin korrupsiyaya qarşı mübarizə vasitəsi kimi "ASAN xidmət" mərkəzlərinin uğurlu model olaraq digər ölkələrə nümunə ola biləcəyini qeyd edib aparılan islahatlardan məmnunluqlarını ifadə ediblər.

İclasda Assosiasiyanın gələcək fəaliyyət istiqamətləri üzrə digər ölkələrin prokurorluq orqanları ilə əlaqələrinin gücləndirilməsinə dair müzakirələr aparılmış, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil ediləcək qurumun Baş İclası 19-cu İllik Konfransının "Prokurorluğun fəaliyyətində müasir kommunikasiya texnologiyalarının tətbiqi" mövzusunda keçirilməsi qərara alınıb.

İcraiyyə Komitəsinin iclasında çıxış edən Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev tədbir iştirakçılarına cari ildə Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar 2014- ilin 30 iyun - 1 iyul tarixlərində Bakı şəhərində Avropa Şurası ilə birlikdə Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA), Avropa Şurasına üzv ölkələrin Baş prokurorlarının, ədliyyə nazirlərinin müstəqil antikorrupsiya qurumlarının iştirakı ilə "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar milli təcrübələr" mövzusunda konfransın keçirilməsi barədə ətraflı məlumat verərək Assosiasiyanın Avropa Şurasına üzv ölkələrinin nümayəndələrini sözügedən tədbirə dəvət edib.

AQİL

 





14.05.2014    çap et  çap et