525.Az

Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin hüquqi aspektləri


 

Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin hüquqi aspektləri<b style="color:red"></b>

Vətəndaş cəmiyyəti institutlarının aparıcı gücü olan qeyri-hökumət təşkilatlarının fəaliyyətində hüquqi aspektlər mühüm rol oynayır. Onların bütün fəaliyyəti bilavasitə hüquq çərçivəsində QHT-lərin nizamnamələri ilə tənzimlənir. Yazıda məhz bu məqamlara toxunmuşuq.

Azərbaycanda qeyri-hökumət təşkilatlarının yaradılmasının hüquqi qaydaları fəaliyyəti "Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında" qanunlarla Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqında" qanuna görə, Azərbaycan Respublikasında "qeyri-hökumət təşkilatı" anlayışına ictimai birliklər fondlar aid edilir. İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki ya hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Fond - üzvləri olmayan, bir ya bir neçə fiziki ya hüquqi şəxslər tərəfindən könüllü əmlak haqqı əsasında təsis edilən sosial, xeyriyyə, mədəni, təhsil ya digər ictimai-faydalı məqsədlər daşıyan qeyri-hökumət təşkilatdır. Qeyri-hökumət təşkilatları 18 yaşına çatmış Azərbaycan vətəndaşları, o cümlədən Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər vətəndaşlığı olmayan fiziki şəxslər, habelə dövlət hakimiyyəti yerli özünüidarə orqanları istisna olmaqla hüquqi şəxslər tərəfindən yaradıla bilər. Qeyri-hökumət təşkilatının təsis edilməsi nəticəsində yaradılması təsisçilərin qərarı ilə həyata keçirilir. Bu halda təsis yığıncağı çağırılır onun nizamnaməsi qəbul edilir. İctimai birlik fiziki şəxslər tərəfindən təsis edilirsə, təsisçilərin sayı ən azı 2 nəfər olmalıdır. Fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır. QHT-nin fəaliyyət şərtləri əmlakı Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan, ölkə daxilində xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər. Qeyri-hökumət təşkilatı əldə edilmiş gəliri təsisçiləri arasında bölüşdürməyərək, yalnız təşkilatın yaradılması məqsədlərinə nail olmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirilə bilər. Belə fəaliyyət kimi qeyri-hökumət təşkilatının yaranma məqsədlərinə cavab verən, mənfəət gətirən mal xidmət istehsalı satışı, habelə qiymətli kağızların, əmlak qeyri-əmlak hüquqlarının əldə edilməsi, əmanətçi kimi təsərrüfat cəmiyyətlərində, ortaqlıqlarda iştirakı qəbul edilir. Qeyri-hökumət təşkilatının mülkiyyətində qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər. Qeyri-hökumət təşkilatı öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

 

QHT-lərin idarə olunması  

QHT-lərin effektiv səmərəli idarə olunması, heç şübhəsiz, onun fəaliyyətinin düzgün qurulmasına şərait yaradır. QHT idarəetməsində üzvlər arasında effektiv ünsiyyətin qurulması; konfliktlərin həlli; təşkilati idarəetmə liderlik; layihə idarəçiliyi; maliyyə idarəetməsi; hüquqi prosedurlar s. kimi aspektləri var. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqında" Qanunda ictimai birliklərin fondların idarə olunması üçün müxtəlif şərtlər nəzərdə tutulub. İctimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır. Ümumi Yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Ümumi Yığıncağın əsas funksiyası onun marağı naminə yarandığı məqsədlərə riayət etməkdir. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir: ictimai birliyin nizamnaməsinin qəbulu ona dəyişikliklərin edilməsi; ictimai birliyin əmlakının formalaşma istifadə prinsiplərinin müəyyən edilməsi; ictimai birliyin icra orqanlarının yaradılması onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması; illik hesabatın təsdiq edilməsi; başqa təşkilatlarda iştirak; ictimai birliyin yenidən təşkili ləğv edilməsi. İctimai birliyin təsisçilərinə üzvlərinə ümumi yığıncağın yeri vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. İctimai birliyin digər idarə etmə orqanı isə icra orqanıdır. İctimai birliyin icra orqanı kollegial ya təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir ictimai birliyin ali idarəetmə orqanına hesabat verir. Fondun idarəsini fondun Prezidenti ya idarə heyəti həyata keçirirlər. Fondun himayəçilik Şurası fondun nəzarət orqanıdır fondun fəaliyyətinə, fondun başqa orqanları tərəfindən qərarların qəbul edilməsinə onların yerinə yetirilməsinin təmin edilməsinə, fond vəsaitinin istifadə edilməsinə, fəaliyyətinə nəzarəti nizamnaməyə dəyişikliklər edilməsini, ləğvetmə ya yenidən təşkiletmə haqqında qərarın qəbulunu həyata keçirir. Fondun Himayəçilik şurası öz fəaliyyətini ictimai əsaslarla həyata keçirir. Fondun Himayəçilik Şurasının formalaşma fəaliyyət qaydası fondun təsisçiləri tərəfindən təsdiq edilmiş fondun nizamnaməsində müəyyən edilir. 

 

QHT-lərin ictimai rolu funksiyaları

QHT-lərin oynadığı rol, daşıdığı funksiya əsasən ictimai xarakter daşıyır. Üzvlərin aktivliyindən siyasi sistemdən asılı olaraq QHT-lər cəmiyyətin həyatında özəl sektorun dövlətin icra etmədiyi ya edə bilmədiyi bir çox funksiyaları yerinə yetirir QHT-lər öz məqsədlərinə çatmaq üçün tarixən formalaşmış 2 istiqamətdə fəaliyyət göstərirlər: qayğı rifahın artırılmasına yönəlmiş fəaliyyətlər; dəyişiklik inkişaf yönümlü fəaliyyətlər. QHT-ləri qayğı rifahın arıtırılması fəaliyyətləri ilə məşğul olmağa sövq edən cəmiyyətdə yoxsul məhrumiyyət içərisində olan fərdlərin, qrupların icmaların mövcud olmasıdır. Məhrumiyyətin isə ən müxtəlif formaları ola bilər. Bir çox insanlar özlərinin əsas ehtiyaclarını ödəmək imkanlarından məhrumdur, təhsil, sağlamlıq digər xidmətlərdən məhrumdur, hüquqların, ləyaqətin tapdalanması ya gözardı edilməsi halları ilə rastlaşırlar. Bir başqalarının informasiya digər resurslara çıxış imkanları yoxdur. Bu cür insanları xarakterizə etmək üçün məhz "yoxsullar", "məhrumiyyət içərisində olanlar" ya "marginallaşmış qruplar" ifadələrindən istifadə edilir ki, bir çox QHT-lər məhz bu qrupların mənafeləri üçün çalışdıqlarını bəyan edirlər. Bir başqaları yoxsulluğun bütün əhalini ya cəmiyyəti əhatə edə bilən aspektləri (məsələn, ictimai iştirakçılıq, informasiya çatışmazlığı) ilə məşğul olur. Yoxsulluq marginallaşma özünü ən müxtəlif formalarda göstərdiyi kimi, həm öz sərhədlərini genişləndirə, daha çox insanı öz əhatəsinə ala bildiyi üçün QHT-lərin fəaliyyət müxtəlifliyi  artır. Onların fəaliyyətləri yoxsulların təxirəsalınmaz maddi ehtiyaclarının ödənməsilə məhdudlaşmayaraq, bacarıqların artırılması, araşdırma, innovasiyaların tətbiqi, dəyişiklik islahatlar üçün vəkillik sahələrini əhatə etməyə başlayıb. Sadalananlardan başqa QHT-lər sosial rifah, işsizliyin aradan qaldırılması, bacarıqların öyrədilməsi, iqtisadi inkişaf, ətraf mühit, gender, idarəetmənin yaxşılaşdırılması, sülh, insan hüquqları demokratiya məsələlərinə ciddi töhfələr verirlər. Yuxarıda qeyd etdiyimiz iki istiqamət üzrə QHT-lər əsasən 5 formada fəaliyyətlərlə məşğul olurlar. QHT-lərin fəaliyyət spektri aşağıdakı cədvəldə əks olunub. Göründüyü kimi, onun yuxarı hissəsində qeyd olunan fəaliyyət formaları daha çox qayğı rifahın artılmasına yönəlir.

Dəyişiklik inkişaf yönümlü fəaliyyət formalarıdır əlahiddə xarakter daşımır əksər QHT-lər öz fəaliyyətlərində onların hər ikisinə yer ayırırlar.

AQİL

 





14.05.2014    çap et  çap et