525.Az

Məsləhət həvəsi


 

Məsləhət həvəsi<b style="color:red"></b>

Mina RƏŞİD

Düşünürəm ki, başıma gələnlərdən, olanlardan-keçənlərdən, eşitdiyim dürlü-dürlü məsləhətlərdən sonra belə bir yazı yazmağın məqamı yetişib artıq. Bu günlərdə  bir məsləhəti eşidəndən sonra bu yazını yazmamaq mümkün olmadı sadəcə. başınızı ağrıdım, səni tanımayan, haradan gəlib hara getdiyini bilməyən adam da durub sənə məsləhət eləyəndə quruyub qalırsan. Demə, bizdə ağıl-kamal o qədər boldu ki, səpirik ətrafımıza. Yenə o gözəl misalımız gəlib düşür yerinə, deyir ağıllı bildiyi şeydən danışar, ağlı kəm olan hər şeydən. Adamın özünün məsləhətə ehtiyacı olduğu halda durub başqasına, özü heç tanımadığı birinə ağıl öyrədəndə gülməyəsən neyləyəsən. Günlərin birində baxırsan ki, adam hələ köhnə əlifbamızdan ayrıla bilməyib yenisində yaxşı oxuya bilir, ki, yazmaq qabiliyyəti var. Deməli, bu adam yazının ancaq ölçüsünə baxıb, necə deyərlər, onu öz arşını ilə ölçür. Yazılarımın kiçik həcmli olmasından narazı olan belələrindən birinin öz yazısını bir dəfə redaksiyaya  göndərdik. Bəh, bu nədi, yazı deyil ki, lap "şedevr"di. Redaktor dedi ki, bu adam yazıb belə? Uzun-uzadı, elə bil, ailə dastanıdı. Axı qəzet bir adamın şəxsi həyatını, özü bu cür primitiv şəkildə yazdıqlarını oxucuya necə təqdim etsin. Amma deyir, "qozbeli qəbir düzəldər". Adamın üzünə desən ki, bax, bu da sənin yazdığın sicilləmə yazı,  elə bilirsiniz, səhvini anlayacaq? Vallah sabah yenə durub sənə neçə mərtəbəli məsləhət edəcək. Nədən ki, məsləhət vermək bizim qanımızdadı.

...Bu gün bizim televiziyalarımızda verilişlər var ki, elə belə məsləhətlər üzərində qurulub. Biri durub dərdini danışır, on beşi hərəsi bir ağız məsləhət verir ona. Adam məsləhətləri torbasına yığıb elə gedir ki, bir dərdini heç kimə açmaq istəmir. Bir dəfə qəribə bir səhnənin şahidi oldum. Verilişdə söhbət atılmış uşaqlardan gedirdi. Belə ki, tamaşaçı qismində olan  xanım bir kişi mügənni barədə ürək sözlərini görün necə ifadə etdi: "O mənim yerlimdi, oxuyanda gözlərim yaşarır, görürsünüz  o övladına necə baxır". Görəsən bəs neyləməlidi, balasını aparıb uşaq evinə atmalı deyil ki... Bir tamaşaçıya gülməli gələn odur ki, aşıq, tamada, meyxanaçı, aşbaz, bilim, rəngsaz durub başqasına, bəlkə intellektual səviyyəsi onlardan artıq olan birinə durub ağıl öyrədir, yol göstərir. Necə deyərlər, özünə umac ova bilməyən özgəsinə əriştə kəsir. , bir dəfə bir kişi müğənni verilişə zəng vurub kömək istəyən uşaq arzusunda olan xanıma elə "ağıl" verdi ki, tamaşaçı əsəbindən az qala onu təhqir etsin. Dedi, sənin ağzın isti yerdədi, deyəsən. biləsən axı mənim dərdim nədi... Tamaşaçı haqlıdı, axı ifaçı  həkimin, genekoloqun, psixoloqun yerinə niyə danışır ki? Özü gör ey, bizim ifaçı. Əlbəttə, bu fikir hər kəsə şamil edilmir. Amma bu ortaya düşüb ağzına gələni danışan ifaçılar tamaşaçının lap zəhləsini töküblər...

Sayılıb-seçilən kanallarımızın birində aparıcı xanım az qala bütün verilişlərinə eyni adamları dəvət edir. Elə bil ifaçı qıtlığıdı. İfaçının şit-şit oxuması bir yana, hələ bir "mükəmməl" məsləhətləri ilə tamaşaçının cızdağını çıxarır. Evdə bişməyib, qonşudan gəlməyib. Axı adam bilsin söhbət nədən gedir. Bəlkə hələ bir əsr yaşasa bilməyəcək. Çünki o söhbətlər onun xörəyi deyil. Hər kəsin öz yeri var...

Bir bizdə əməlli-başlı anlamaq problemi var. Əgər dinləmirsənsə necə anlayarsan qarşıdakını? Bizdə dinləmək mədəniyyəti necə vəziyyətdədi, bu efirdən görünür. Bir baxırsan danışmaq üstündə yarış gedir. Beşi birdən söz deyir. Özü bu adamlar elə bir peşənin sahibidirlər ki, yeri gələndə başqalarına ağıl öyrədirlər, məsləhətlər verirlər...  

Düşünüb-daşınırsan belə bir nəticəyə gəlirsən ki, hərə bir şeylə, çox adam da bu qədər "ağlının" bolluğundan başqalarına məsləhət verməklə, dərs keçməklə başını qatır. Bu məsləhət ki var, Sizə elə-belə sadə bir şey kimi görünməsin. Bir dəfə birindən aldığım məsləhətə görə desəm ki, həyatım alt-üst olub, bəlkə inanmazsınız. Gül kimi işə qəbul olduğum yerdə bir adamın məsləhəti ilə elə bir addım atdım ki, yadıma düşəndə özümü bağışlaya bilmirəm. Ona görə ki, nədən kiminsə sözü adamı öz sevdiyi işindən, gözəl dünyasından ayırmalıdı. Nədən getdiyin yolundan geri dönməlisən. Axı sənin bundan o yana yolun yoxdu, budu sənin istədiyin, budur qədərin.... isə, başqalarının sözü ilə oturub-durmaq  adama ancaq zərər gətirər. bir bu sənin həyatındı, özün bilirsən sənə lazım olan nədi. Bunu hər kəs anlayarmı? Sözsüz, müdrik insanların məsləhətləri həmişə adama kömək olur. Atalarımızın hikmətli sözləri necə ki, yaddaşa çevrilib. Elə oxuduğun kitabdan da özün üçün nələrsə götürürsən, əks halda oxumağa dəyərmi?

...Bu gün doğma Vətəni müharibə şəraitində olan, bu qədər yurd yerlərimizin düşmən tapdağında olduğu bir vaxtda gedib Suriyada ya başqa yerdə özünü həlak edən, körpə balalarını ölümə sürükləyən adamlar da bax belə məsləhətlərin qurbanı olur...   

Sonda onu demək istərdim ki, məsləhət verməyə var ki, bu çox asandı. Əsas odu ki, adam özünü başqasının yerinə qoya bilsin. Görsün, o adam özünü onun verdiyi məsləhətlə necə hiss edər...

 





14.05.2014    çap et  çap et