525.Az

"CQD-nin Avropanın enerji təhlükəsizliyində əvəzsiz rolu var"


 

"CQD-nin Avropanın enerji təhlükəsizliyində əvəzsiz rolu var"<b style="color:red"></b>

Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində əvəzsiz rolu var.

525.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib.

“ABŞ Azərbaycanla iqtisadi, enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə 30 illik tərəfdaşlığı yüksək qiymətləndirir”, - ABŞ diplomatı bildirib.

Səfir Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində əvəzsiz rolunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hohştayn və ABŞ-ın Azərbaycandakı səfiri Litzenberger fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 8-ci toplantısında iştirak edib.

 





04.02.2022    çap et  çap et