525.Az

Sabahdan Almatıda "narıncı" terror təhlükəsi səviyyəsi ləğv olunacaq


 

Sabahdan Almatıda "narıncı" terror təhlükəsi səviyyəsi ləğv olunacaq<b style="color:red"></b>

Sabahdan Almatıda terror təhlükəsi ilə bağlı yüksək – “narıncı” səviyyə ləğv olunacaq.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Almatı şəhər Terrorizmlə mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Qeyd edilib ki, şəhərdə vəziyyətin stabilləşməsi ilə əlaqədar belə bir qərar qəbul olunub. Beləliklə, 7 fevral saat 00.00-dan Almatıda "narıncı" terror təhlükəsi səviyyəsi ləğv olunacaq. Bununla belə, hüquq-mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirəcəklər.

 





06.02.2022    çap et  çap et