525.Az

Türkiyədə dağ xizəkçiliyi mərkəzində tavan çöküb, 8 nəfər yaralanıb


 

Türkiyədə dağ xizəkçiliyi mərkəzində tavan çöküb, 8 nəfər yaralanıb<b style="color:red"></b>

Türkiyənin Antalya şəhərində yerləşən “Saklıkent” dağ xizəkçiliyi mərkəzində güclü qar nəticəsində tavanın çökməsi nəticəsində 8 nəfər xəsarət alıb.

525.az xəbər verir ki, jandarma qüvvələri, obyektin işçiləri və turistlər zərərçəkənləri dağıntılar altından çıxarıblar.

Mərkəzə Fövqəladə Halların Qarşısının Alınması və Yardım İdarəsinin (AFAD) qrupları və tibb işçiləri cəlb edilib.

Yaralılar helikopterlə Akdeniz Universiteti Xəstəxanasına aparılıb.

Məlumat üçün bildirək ki, “Saklıkent” xizək mərkəzi Antalya vilayətinin Konyaaltı bölgəsində Beydağları silsiləsində yerləşir.

 





06.02.2022    çap et  çap et