525.Az

"Xocavənddə baş verən qəza ilə bağlı araşdırma aparılır"


 

"Xocavənddə baş verən qəza ilə bağlı araşdırma aparılır"<b style="color:red"></b>

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xocavənd rayonu ərazisində baş verən qəza ilə bağlı məlumat yayıb.

AAYDA-dan 525.az-a verilən xəbərə görə, ötən gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Qəza Xocavənd rayonu ərazisində baş verib.

Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb. 16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. 5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır. Yaralıların vəziyyəti stabildir, həkim nəzarətindədirlər.

Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb. İlkin ehtimala görə yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun sürücüsü idarəetməni itirməsi nəticəsində baş verib.

Qəza hadisəsi ilə bağlı araşdırma aparılır.

 





07.02.2022    çap et  çap et