525.Az

Heydər Əliyevin 24 il əvvəl Litvada çıxan müsahibəsi «Ədəbiyyat qəzeti»ndə dərc olunub


 

Heydər Əliyevin 24 il əvvəl Litvada çıxan müsahibəsi «Ədəbiyyat qəzeti»ndə dərc olunub<b style="color:red"></b>

«Ədəbiyyat qəzeti»nin builki 9 may tarixli sayında Azərbaycanın görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Litva jurnalisti Rita Milyuteyə (Rita Milyute) təxminən 24 il bundan əvvəl verdiyi «Azərbaycan Litva yolu ilə etməlidir» başlıqlı müsahibəsi dərc olunub. Litvalı jurnalist bu müsahibəni Heydər Əliyevdən 1990- il noyabr ayının 22- Naxçıvanda götürüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990- il noyabrın 17- keçirilmiş, həm Naxçıvan, həm bütün Azərbaycan üçün taleyüklü qərarlar qəbul etmiş tarixi sessiyasından sonra jurnalist R.Milyute xüsusi olaraq bura gəlmiş Ali Məclisin o vaxtkı sədri H.Əliyevlə görüşərək ondan musahibə alıb. Müsahibə Vilnüsdə litvaca buraxılan «Respublika» qəzetinin 7 dekavbr 1990- il tarixli sayında çap edilib. Müsahibədə Naxçıvan Muxtar Respublikasının adındakı «Sovet Sosialist» sözlərindən imtina olunub çıxardılması, həmçinin bu muxtar qurumun qanunverici orqanıAli Sovetin adında dəyişiklik edilməsi, 1918-1920-ci illərdəki Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli dövlət bayrağının sözügedən sessiyanın qərarına əsasən Naxçıvan Muxtar Respukliksasının rəsmi bayrağı olaraq qəbul edilməsi barədə yer almış mühm tarixi bilgilər Litva oxucularına təqdim olunub. H. Əliyev müsahibədə Azərbaycan SSR-nin SSRİ-dən çıxmasının labüdlüyünü qeyd edib, Azərbaycanın yaxın gələcəkdə Litva kimi azadlıq yolunu seçməsinin əhəmiyyətini xüsusi olaraq nəzərə çatdırıb, müstəqil Azərbaycan dövlətinin demokratik dövlətçilik ənənələrinin bərpa edilməsinin qarşıda duran ən vacib məsələ olduğunu vurğulayıb. Müsahibədə həmçinin Qanlı Yanvar hadisələri, azadlıq yoluna qədəm qoymuş Azərbaycan xadqına qarşı Kreml tərəfindən düşünülüb təşkil edilmiş təcavüzün konkret günahkarları onların yerli cinayətkar əlaltıları barədə dəqiq məlumatlar verilib, Ermənistan-Azərbaycan münaqişəsi azərbaycanlıların deportasiya edilməsi haqqında fikirlər bildirilib, o vaxtkı Litva Respublikası Parlamentinin fəaliyyəti ilə bağlı mülahizələr yer alıb.

Müsahibəni Litva dilindən Litva Azərbaycanlları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərcümə edib.

 





14.05.2014    çap et  çap et