525.Az

Mehriban Əliyevanı dünyada "İlin Birinci Xanımı" mükafatına layiq görülüb


 

Mehriban Əliyevanı dünyada "İlin Birinci Xanımı" mükafatına layiq görülüb<b style="color:red"></b> "The Business Year: Azerbaijan - 2014" nəşrinin bu gün keçirilən təqdimat mərasimində "The Business Year" şirkəti Mehriban xanım Əliyevanı dünyada "İlin Birinci Xanımı" mükafatına layiq görüb.

Trend-in məlumatına görə, mükafat Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayevə təqdim olunub.

Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada "İlin Birinci Xanımı" elan olunub.
 





14.05.2014    çap et  çap et