525.Az

Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür - Video


 

Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür -<b style="color:red"> Video</b>

Ənənəvi olaraq hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamında qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilib.

525.az xəbər verir ki, qeyd edilən gün Avropa İttifaqı tərəfindən dəstəklənir. Bu əlamətdar hadisə hər il dünyanın əksər ölkələrində müxəlif deviz altında qeyd olunur. Əsasən Qeyri Hökumət Təşkilatı olan “İNSAFE” tərəfindən təşkil olunur.

Beynəlxalq Təhlükəsiz İnternet Günü ölkəmizdə də elmi müəssisə və təşkilatlarda qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd internetin fəal istifadəçisi olan gənclər, xüsusən də yeniyetmələr və uşaqları sözügedən problemdən qorumaq üçün təbliğat işi aparmaq, məsələnin həlli yollarını tapmaqdır.

Mövzu ilə bağlı daha ətraflı “525-ci Kanal”ın videomaterialında:

Nigar Abbasova
 

 





08.02.2022    çap et  çap et