525.Az

Ukraynada Azərbaycanın tanınmış diaspor rəhbəri güllələnib


 

Ukraynada Azərbaycanın tanınmış diaspor rəhbəri güllələnib<b style="color:red"></b>

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyev güllələnib.

R. Tağıyevin yaxınlarının APA-ya verdiyi məlumata görə, silahlı sui-qəsd nəticəsində R. Tağıyev çiynindən güllə yarası alıb.
 
Hadisə bu gün Ukrayna vaxtı ilə axşam saat 17:00 radələrində Kiyevin mərkəzi Padol rayonunda baş verib. Naməlum şəxslər maşınından düşmək istəyən R. Tağıyevə nömrəsiz xarici markalı maşınla yaxınlaşaraq, qəflətən tapançadan atəşə tutublar, onun yıxıldığını görüb hadisə yerini tərk ediblər.
 
Yaxınları R. Tağıyevin xəstəxanaya yerləşdirildiyini, vəziyyətinin orta ağır olduğunu bildiriblər.

 





14.05.2014    çap et  çap et