525.Az

Azərbaycan və Gürcüstan enerji sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə edib


 

Azərbaycan və Gürcüstan enerji sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə edib<b style="color:red"></b>

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadze Azərbaycana işgüzar səfər edib.

525.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, nazir müavini R. Mikautadze səfər çərçivəsində "Azərenerji" ASC-nin prezidenti Baba Rzayevlə görüşüb. Tərəflər iki ölkə arasında enerji sahəsində əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər. Görüşdə Azərbaycanın enerji sahəsində Gürcüstanın strateji tərəfdaşı olduğu vurğulanıb.

Həmçinin, görüş zamanı mövcud elektrik transmissiyası infrastrukturunun inkişaf etdirilməsinin gündəlikdə olduğu vurğulanıb. Tərəflər əlavə ötürücü xətlərin inşası istiqamətində davam edən birgə layihələri də müzakirə ediblər.

 





08.02.2022    çap et  çap et