“Pandemiya ilə mübarizə dövründə Azərbaycan Moldovaya yardım edib və buna görə biz Azərbaycana təşəkkür edirik”.
525.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Moldovanın xarici işlər naziri Niko Popesku azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
O deyib ki, Azərbaycan pandemiya dövründə onların xəstəxanalarına yardım edib:
“Buna görə təşəkkür edirik və bunu yüksək qiymətləndiririk” – o əlavə edib.
çap et