525.Az

Koronavirusa yoluxanlarda qocalma prosesi müşahidə olunur


 

Koronavirusa yoluxanlarda qocalma prosesi müşahidə olunur<b style="color:red"></b>

Molekulyar bioloq, Lomonosov adına Moskva Dövlət Universitetinin aparıcı elmi işçisi Maksim Skulaçev COVID-19-un orqanizmin qocalma prosesinə təsirindən danışıb.

525.az Rusiya mediasına istinadən xəbər verir ki, bioloq bildirib ki, əgər peyvənd olunmamısınız və COVID-19-a yoluxmusunuzsa, növbəti on ildə sağlamlıqla bağlı keçirməli olduğunuz bütün problemləri on gün ərzində hiss edəcəksiniz.  Bu, müəyyən mənada çox sürətli qocalmağa bənzəyir.

Mütəxəssis qeyd edib ki, postkovid sindromu qocalığın gözlənilməz gəlişinə bənzəsə də, ondan sağalmaq olar.

“COVID-19 və postkovid dövründə insan özünü pis hiss edir, lakin sonra hər şey az-çox normal bioloji yaşa qayıdır. Hələ bunu söyləmək tezdir, amma inanmaq üçün əsas var ki, əgər sağalmağı bacarsanız, o zaman sürətlənmiş qocalma prosesi əksinə gedəcək”, - ekspert vurğulayıb.

 

 





09.02.2022    çap et  çap et