525.Az

“Azərbaycan azad etdiyi ərazilərdə kütləvi məzarlıqlar tapıb”


 

“Azərbaycan azad etdiyi ərazilərdə kütləvi məzarlıqlar tapıb”<b style="color:red"></b>

“Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bir neçə kütləvi məzarlıqlar tapılıb”

525.az-ın APA-ya istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, söhbət burada minlərlə insandan getmir: "Ancaq ən azı bəlli sayda bəlli sayda insan qalıqları tapılıb. Azərbaycan qısa müddət ərzində bunları işğaldan azad edilmiş ərazilərdə müəyyən edib tapa bilirdisə, deməli, həmin həmin işləri törətmiş erməni tərəfi bu barədə çox məlumatlı, bələddir. Ona görə də Ermənistan Xarici İşlər Nazirliyinin itkinlərlə bağlı məntiqsiz izahatların heç bir əsası ola bilməz. Əminik ki, beynəlxalq ictimaiyyət və dünya dövlətləri də bunu qəbul etməyəcək. Azərbaycan tərəfi də bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

 





10.02.2022    çap et  çap et