525.Az

Şəhid müəllimin xatirəsi əbədiləşdirildi


 

Şəhid müəllimin xatirəsi əbədiləşdirildi<b style="color:red"></b>

Fevralın 9-da “Hədəf” kurslarının Nizami filialında Vətən müharibəsi şəhidi, müəllim Qoşqar Ömərovun barelyef-guşəsi və adı verilmiş sinif otağının açılışı olub.

525.az xəbər verir ki, tədbirdə şəhidin atası Səxavət Ömərov, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, deputat Vüqar İsgəndərli, Hədəf Kurslarının idarə heyəti üzvləri, filial müdirləri, şəhidin kolleqaları, döyüş yoldaşları, şagirdləri və digər qonaqlar iştirak ediblər. 

Şəhidin xatirəsi bir dəqiqəlik sükutla ya edildikdən sonra “Hədəf” kurslarının Nizami filailının müdiri Kamil Orucov çıxışında qonaqlara Qoşqar müəllimin həyat və fəaliyyəti barəsində ətraflı məlumat verərək qısa, amma şərəfli ömür yoluna nəzər salıb. Həmçinin qeyd edib ki, onun adının əbədiləşdirilməsi məqsədilə “Qoşqar” məntiq-riyaziyyat bilik yarışına da bu gündən etibarən start verilir. 

Daha sonra çıxış edən digər tədbir iştirakçıları da Qoşqar müəllim haqqında xatirələrini bölüşərək onun bir insan, eyni zamanda pedaqoq kimi yüksək keyfiyyətlərindən danışıblar. Şəhidin atası Səxavət Ömərov qürurlu olduğunu və bir ata kimi oğlunun xatirəsinin əbədiləşdirilməsinin onu sevindirdiyini bildirdi. 

Sonda barelyef-guşə və adı verilmiş sinif otağının açılışı olub. İştirakçılar şəhidin adına ayrılmış “Xatirələr” dəftərinə öz ürək sözlərini yazıblar.

 





10.02.2022    çap et  çap et