525.Az

BANM-in daha 2 tələbəsi Xoşbəxt Yusifzadə təqaüdünə layiq görüldü


 

BANM-in daha 2 tələbəsi Xoşbəxt Yusifzadə təqaüdünə layiq görüldü<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin (BANM) daha 2 tələbəsi SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünə layiq görülüb.

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, BANM-in “Neft-qaz mühəndisliyi" ixtisasının V kurs tələbələri - Zərifə Cəbrayılova və Kənan Məmmədov akademik Xoşbəxt Yusifzadə adına təsis edilmiş tələbə təqaüdünü qazanıblar. Bakı Ali Neft Məktəbinin Elmi Şurasının bu qərarı onların tədris illəri ərzində əldə etdikləri yüksək nəticələr və Ali Məktəbin sosial-ictimai fəaliyyətindəki xüsusi aktivliyi nəzərə alınaraq verilib.

Qeyd edək ki, bu tələbə təqaüdü akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə əlaqədar olaraq Bakı Ali Neft Məktəbi tərəfindən (SOCAR-ın Şurasının 13 nömrəli, 17 mart 2020-ci il tarixli Qərarına əsaslanaraq) təsis edilib. Belə ki, hər il BANM-in 2 nümunəvi IV və ya V kurs tələbələri bu təqaüddən yararlanmaq imkanına malikdirlər

 





11.02.2022    çap et  çap et