525.Az

Əməyin mühafizəsi ixtisası üzrə qısamüddətli təlim keçirilir


 

Əməyin mühafizəsi ixtisası üzrə qısamüddətli təlim keçirilir<b style="color:red"></b>

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən təşkil edilən əməyin mühafizəsi üzrə mütəxəssis hazırlığı məqsədilə qısamüddətli təlim davam edir.

Bu barədə 525.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Ali və ya orta ixtisas təhsilli şəxslərin cəlb olunduğu, yerli və beynəlxalq təcrübəyə malik mütəxəssislər tərəfindən keçirilən təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət nümunəli sertifikat verilməsi nəzərdə tutulur.

Təlimdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası, əmək qanunvericiliyi, beynəlxalq standartlar, müəssisədə ağır və zərərli təhlükəli amillərin müəyyən olunması və riskin qiymətləndirilməsi üzrə məlumatlar verilir. Həmçinin əməyin mühafizəsi idarəetmə sisteminin qurulması və sənədləşdirilməsi, mövzu ilə bağlı işəgötürən və işçilərin hüquq və vəzifələri öyrədilir.

 





11.02.2022    çap et  çap et