525.Az

Saatlıda narkomaniya və erkən nikahın fəsadları barədə şagirdlər maarifləndiriliblər


 

Saatlıda narkomaniya və erkən nikahın fəsadları barədə şagirdlər maarifləndiriliblər<b style="color:red"></b>

Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Sarıcalar kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirdə Təhsil şöbəsinin nümayəndələri, rayon Polis Şöbəsinin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər. Çıxış edənlər daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı aparılan tədbirlərdən, belə hadisələrin qarşısının qətiyyətlə alınmasından danışıb. Gənclərə pis vərdişlərdən və ətraflarındakı “ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarının zəruriliyini bildirilib. Erkən nikaha daxilolma mövzusuna toxunan natiqlər, yeniyetmə vaxtlarında qızların ailə qurmasını onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək şagirdlərin əsasən təhsilə maraq göstərmələrinin və gələcəyin yüksəkixtisaslı mütəxəssislər kimi yetişmələrinin vacibliyindən danışıb.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 





11.02.2022    çap et  çap et