525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında mayın 16-da hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Cənub küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 15-18, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında mayın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2-3 gün ərzində Abşeron yarımadasında nisbətən mülayim, sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

 





15.05.2014    çap et  çap et